- Paytaxt
- 10:41
- 824
MM-də bu istiqamətdə dinləmələr BAŞLAYIR
Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək.
Aznews.az xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.
Belə ki, Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair və Rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institutsional mexanizmlərin gücləndirilməsi sahəsində ictimai dinləmələrin sessiya müddətində keçirilməsi planlaşdırılıb.