- Fanat
- 15:34
- 1 636
"Tottenhem" doğma meydanda məğlubiyyətlərin sayına görə "Arsenal"a çatıb
"Tottenhem" klubu İngiltərə Premyer Liqasında hazırkı stadionunda ev məğlubiyyətlərinin sayına görə "Arsenal"ın göstəricisini təkrar edib.
Aznews.az xəbər verir ki, London klubunun "Tottenhem Hotspur Stadium"dakı 50-ci yenilgisi "Aston Villa" ilə matçda reallaşıb.
"Arsenal" isə eyni sayda məğlubiyyəti hazırkı stadionu "Emirates"də alıb.
Qeyd edək ki, "Emirates" 2006-cı il iyulun 22-də açıldığı halda, "Tottenhem Hotspur Stadium" ilk matçını 2019-cu il aprelin 3-də qəbul edib və arenalar arasındakı yaş fərqi təxminən 13 ildir.