- Qanundan kənarda
- 13:01
- 746
2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
Gəncədə bıçaqlanma faktı qeydə alınıb.
AzNews.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində bıçaq xəsarətləri alan 1998-ci il təvəllüdlü Elsəvər İbrahimov və Elmar Qurbanov tibb müəssisələrindən birinə yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı A. Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.