- Qərb
- 13:07
- 353
Tramp onlara qarşı müharibə ELAN ETDİ
ABŞ Prezidenti Donald Tramp 2028-ci ilədək Kolumbiya dairəsində ağcaqanadların 90 faizinin, gənələrin isə 50 faizinin məhv edilməsini tapşırıb.
Müvafiq sərəncam Ağ Evin saytında dərc olunub.
“2028-ci ilədək Kolumbiya dairəsində Asiya pələng ağcaqanadının, Misir ağcaqanadının və digər invaziv ağcaqanad növlərinin populyasiyasını 90 faiz, gənələrin sayını isə 50 faiz azaltmaq və bundan sonra imkan daxilində bu göstəriciləri daha da aşağı salmaq”, - deyə sərəncamda bildirilir.
Sənəd sentyabrın 29-da dərc olunub və bir neçə quruma, o cümlədən Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA), Daxili İşlər, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinə, eləcə də Ümumi Xidmətlər Administrasiyasına ünvanlanıb.
Bu qurumlar birgə şəkildə həşəratların məhv edilməsi üzrə plan və metodologiya hazırlamalı, Trampın sərəncamı imzalamasından sonra 60 gün ərzində müvafiq kampaniyaya başlamalıdır.
Həşəratlarla mübarizədə yalnız ənənəvi üsullardan istifadə edilməyəcək. Prezident EPA-ya ağcaqanad və gənələrlə mübarizə üçün yeni texnologiyalar hazırlamaq və qeydiyyatdan keçirmək səlahiyyəti də verib.
Mövsüm,
AzNews.az