Rumıniyada pilotsuz uçuş aparatı düşüb, yanğın başlayıb

Rumıniya ərazisində gecə saatlarında pilotsuz uçuş aparatı düşüb və bundan sonra yanğın başlayıb.

Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“Mümkün hava pilotsuz uçuş aparatının Tulça dairəsinin Plauru ərazisinə düşməsi barədə məlumat daxil olub. Hadisədən sonra yanğın başlayıb, lakin insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb”, – məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, yanğının söndürülməsi üçün hadisə yerinə mütəxəssislər göndərilib. Ərazi mühasirəyə alınıb və burada araşdırma aparılır.

Bundan əlavə, nazirliyin radar sistemlərinin ötən gecə Rumıniyanın milli hava məkanına heç bir icazəsiz müdaxilə halını qeydə almadığı bildirilib.

Mövsüm,

AzNews.az