- Dünyanın halı
- 14:45
- 856
Yaponiya Rusiyanın 33 şirkəti və 9 vətəndaşına qarşı sanksiya tətbiq edib
Yaponiya hökuməti Rusiyadan 33 şirkəti və 9 fiziki şəxsi, həmçinin Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 4 şirkəti sanksiya siyahısına daxil edib.
Müvafiq sənəd Yaponiyanın Maliyyə Nazirliyinin saytında dərc olunub.
Məhdudiyyətlərə, xüsusilə “VNİİR-Proqress” şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex”in rəhbər müavini Dmitri Lelikov məruz qalıb. Şirkətlər arasında “Voyentorg”, “Uralvaqonzavod”, “VNİİR-Proqress”, “Alabuqa Development” və digər qurumlar yer alıb.
Bundan əlavə, Tokionun fikrincə, Rusiya ilə əlaqəli olan 35 gəmiyə qarşı da sanksiya tədbirləri tətbiq edilib.
Mövsüm,
AzNews.az