• Fanat
  • 4 Yanvar 2019 16:36
  •  405

Məşhur futbolçunun atası vəfat etdi

Kolumbiya millisinin və Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkaonun atası Radamel Qarsiya Kinq tennis oynayan zaman vəfat edib.

61 yaşlı sabiq futbolçu ürək tutmasından dünyasını dəyişib.

Bildirilir ki, forvardın atası xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.(report.az)

© AzNews.az