Nüfuzlu yarışda Azərbaycanı 10 idman növü üzrə 54 atlet təmsil edir. Nüfuzlu yarışda Azərbaycanı 10 idman növü üzrə 54 atlet təmsil edir.
  • Fanat
  • 14 Mart 2019 15:47
  •  1 948

Atletimiz Xüsusi Yay Olimpiya Oyunlarında bayraqdar olacaq

Nüfuzlu yarışda Azərbaycanı 10 idman növü üzrə 54 atlet təmsil edir.

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Xüsusi Yay Olimpiya Oyunları start götürüb.

Nüfuzlu yarışda Azərbaycanı 10 idman növü üzrə 54 atlet təmsil edir. Bu gün baş tutacaq açılış mərasimində Olimpiya Oyunlarının bayrağını daşıyan səkkiz atletdən biri Azərbaycanın xüsusi olimpiyaçısı Sarvan Seyidov olacaq.

Qeyd edək ki, martın 21-də yekun vurulacaq Xüsusi Yay Olimpiya Oyunlarında 170 ölkədən 7000-dən çox atlet 24 idman növü üzrə mübarizə aparacaq.(report.az)

AzNews.az