- Yazarlar
- 09:56
- 2 878
Azərbaycan–Vyetnam münasibətləri: əməkdaşlığın yeni mərhələsi

Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi və müxtəlif regionlarla əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Bu siyasətin əsas sütunlarından biri də Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsidir. Azərbaycan, Asiya qitəsində yerləşən dövlətlərlə qarşılıqlı hörmət, bərabərlik və faydalı əməkdaşlıq prinsipləri əsasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətləri inkişaf etdirir. Bu baxımıdan Azərbaycan və Veytnam dostluq münasibətləri xüsusi diqqət çəkir. Bu xüsusda, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri mühüm önəm kəsb edir. Bu səfər hökumətlərarası və siyasi dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı 7 may 2025-ci ildə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar. Mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev qeyd edib: “Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq”. “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” qəbul edilib. Bu, hər iki tərəfin münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istəyinin əyani təsdiqidir. İmzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır”, - deyə Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb.
Azərbaycan-Vyetnam münasibətləri hazırda çoxşaxəi səciyyə daşıyır. Prezident İlham Əliyev bildirib ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Səfər çərçivəsində baş tutan tədbirlərdə ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Həmçinin Bakıda imzalanan sənədlər əlaqələrin əhatə dairəsinin genişləndirlməsi üçün möhkəm hüquqi əsaslar yaradır. Tərəflər iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verirlər. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bu həcm mövcud potensialla adekvatlıq təşkil etmir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında perspektiv əməkdaşlığın bir sıra mühüm istiqamətlərinə diqqət çəkib. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcək.
Strateji coğrafi mövqeyinə görə Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağı olması logistika, dəniz və dəmir yolu daşımaları, aviasiya və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır. Hər iki ölkədə müdafiə sənayesi sahəsində çox böyük perspektivlər mövcutdur. Bu sahədə səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq gələcəkdə fayda verə bilər. Səfər çərçivəsində imzalanmış birgə bəyanat, Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Tərəflər, enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərində birgə fəaliyyətin artırılması barədə razılığa gəlmişlər.
Bu səfər və imzalanmış birgə bəyanat, Azərbaycan və Vyetnam arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və yeni strateji tərəfdaşlıq mərhələsinə keçid üçün mühüm bir addım olmuşdur.
Samirə Hüseynova