O, ötən mövsümün sonunda klubdan ayrılıb O, ötən mövsümün sonunda klubdan ayrılıb
  • Fanat
  • 14 Noyabr 2019 16:42
  •  2 098

“Qarabağ”ın sabiq futbolçusu virusa yoluxdu: “Ağrı o qədər güclü oldu ki...”

O, ötən mövsümün sonunda klubdan ayrılıb

"Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak ağır xəstələnib.

Xəstəxanaya düşən futbolçuda meningit virusu aşkarlanıb. Artıq evə qayıdan polşalı oyunçu vəziyyətinin yaxşı olduğunu, lakin bir müddət yaşıl meydanlardan kənarda qala biləcəyini söyləyib:

"İndi özümü yaxşı hiss edirəm. Xəstəxanaya çatanda yaxşı deyildim. "Yagelloniya" ilə oyundan sonra başım ağrımağa başladı. Ağrı o qədər güclü oldu ki, xəstəxanaya getməli oldum. Müayinədən sonra başımda viruslu meningit aşkarlandı. Varşavadakı xəstəxanaların birində yoluxucu xəstəliklər şöbəsində oldum. Xidmət çox gözəl idi. Baxmayaraq ki, qapalı otaqda bir neçə gün qalmağın yorucu ola biləcəyini düşünürdüm. Xoşbəxtlikdən bununla bağlı hər hansı şikayətim olmadı. Ailəm, dostlarım, komanda yoldaşlarım və azarkeşlərimiz ziyarətə gəldilər. Çoxlu kitab oxudum, "FİFA" oynadım, filmlərə və təbii ki, çempionat oyunlarına baxdım (gülür).

Xəstəxanadan təzəlikcə çıxdım. Həkimlər istirahət etməli olduğumu desələr də, özümü yaxşı hiss edirəm. Növbəti həftənin sonuna qədər məşqlərə qatıla bilməyəcəyəm. Ümumiyyətlə, qarşıdakı iki matçda təəssüf ki, komandama kömək edə bilməyəcəyəm. Həyatda heç nəyi öncədən təxmin edə bilmərsiniz. Ən vacib şey sağlam olmaqdır. Ən qısa müddətdə meydana qayıtmaq üçün mümkün olan hər şeyi edəcəyəm. Yeri gəlmişkən, xəstəlik zamanı mənə göstərdikləri dəstəyə görə bütün tərəfdarlara təşəkkür edirəm".

Xatırladaq ki, Jezniçak 2017-ci ildə "Qarabağ”a keçib. O, ötən mövsümün sonunda klubdan ayrılıb. (yenisabah.az)

AzNews.az