Hökumətin verdiyi qərara əsasən bütün yarışlar azarkeşsiz keçiriləcək Hökumətin verdiyi qərara əsasən bütün yarışlar azarkeşsiz keçiriləcək
  • Fanat
  • 29 May 2020 13:21
  •  7 056

Avropa ölkəsində idman yarışlarının keçirilməsinə icazə verildi

Hökumətin verdiyi qərara əsasən bütün yarışlar azarkeşsiz keçiriləcək

İsveçdə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, hökumətin verdiyi qərara əsasən bütün yarışlar azarkeşsiz keçiriləcək.

Mətbuat konfransına qatılan daxili işlər naziri Mikael Damberq hələ ki, 50-dən çox insanın bir yerə toplaşa bilməyəcəyini bildirib. O, azarkeşləri idman klublarında və restoranlarda toplaşmamağa çağırıb.

Qeyd edək ki, futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.