Almaniya səhiyyə sistemi hərbi münaqişəyə hazırlaşır

Almaniya hakimiyyəti səhiyyə sisteminin mümkün hərbi münaqişəyə, o cümlədən çox sayda yaralının qəbuluna və PUA hücumlarının nəticələrinə hazır olmasını yoxlayır.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ulm şəhərindəki hərbi hospitalın komandiri Benedikt Frimert bildirib: "Səhiyyə sistemimiz buna hazırdırmı? Yeganə cavab: yox. Bizi gözləyən şey marafondur".

Agentlik istismara qaytarıla biləcək obyektlərdən biri kimi Ulmda yerləşən yeraltı tibb müəssisəsini göstərir. O, 1979-cu ildə tikilib və 90 günədək müddətə 2 minə qədər adamı qəbul etmək üçün nəzərdə tutulub. Onun tam bərpası üçün ventilyasiya və enerji sistemlərinin modernləşdirilməsi tələb olunacaq.