- Qərb
- 12:20
- 485
ABŞ Konqresinin Nümayəndələr Palatasından Trampa İrandakı hərbi əməliyyatları dayandırmaq çağırışı
ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul edib. Qanunvericilərin aşağı palatasında səsvermə sentyabrın 16-da C-SPAN telekanalı ilə yayımlanıb.
Sənədin lehinə Nümayəndələr Palatasının 220 üzvü səs verib, 204 qanunverici isə təklifi dəstəkləməyib. Beləliklə, qətnamə qəbul olunub.
Sənəd tövsiyə xarakteri daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil. ABŞ Konstitusiyasına əsasən, qanunvericilər belə qətnamələrdə öz mövqelərini ifadə edə bilərlər, lakin icra hakimiyyəti onların icrasına məcbur deyil.
Mövsüm,
AzNews.az