O, AFFA ilə 1,5 illik müqavilə imzalayıb O, AFFA ilə 1,5 illik müqavilə imzalayıb
  • Fanat
  • 10 Avqust 2020 15:30
  •  6 742

Millimizin yeni baş məşqçisi Bakıya gəldi

O, AFFA ilə 1,5 illik müqavilə imzalayıb

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

64 yaşlı baş məşqçi COVİD-19 testi verib və analizinin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

C. De Byazi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.