- Fanat
- 6 Avqust 2022 17:30
- 7 384
AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqası matçına təyinat alıb
Bu görüş avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionda keçiriləcək
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Çempionlar Liqasının matçına təyinat alıb.
Aznews.az AFFA-nın saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu olan PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.
Qeyd edək ki, bu görüş avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionda keçiriləcək.