Hadisə Laft limanının 11 kilometrliyində qeydə alınıb Hadisə Laft limanının 11 kilometrliyində qeydə alınıb

İranda zəlzələ oldu - İşıq və telefon əlaqəsi kəsildi

Hadisə Laft limanının 11 kilometrliyində qeydə alınıb

İranın cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Bunu vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib.

S.İsininin sözlərinə görə, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb.

O əlavə edib ki, zəlzələ nəticəsində Laft limanının elektriki və telefon əlaqəsi kəsilib.

Zəlzələ Laft limanının 11 kilometrliyində qeydə alınıb.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb. (Trend)

AzNews.az