- Köhnə - Kriminal
- 4 Aprel 2015 15:20
- 126 211
SOS! Sizi yataq otağında da izləyirlər – İntim videolar belə çəkilir (veb-kamera)
Həyatımızın ayrılmaz hissəsinə çevrilən veb-kameralar artıq kabusa dönüb.
Çünki bu kameralar vasitəsilə hər bir insanı istənilən vaxt izləmək mümkündür.AzNews.az xəbər verir ki, 2010-cu ildə Kaliforniyada bir qadının başqa bir şəxs tərəfindən izlənilməsi və bu yolla təhdid olunması məsələnin ciddiyyətini qabartmışdı. Belə ki, 31 yaşlı bir kişi gənc qadının kompüter və telefonuna müdaxilə edərək, onun şəxsi görüntülərini ələ keçirmişdi. Və bu yolla qadını təhdid etməyə başlamışdı.
Bəs hakerlər kompüter və ya telefona necə bağlanırlar?
Siz "Skype" və ya digər görüntülü xidmətlərdən istifadə edən zaman hakerlər iş başına keçirlər və veb-kameraya müdaxilə edirlər. Hətta siz görüntülü danışığınızı bitirəndən sonra belə hakerlər sizin görüntülərinizə baxa bilirlər. Mətbəxdə, iş yerinizdə, qonaq otağınızda, vanna otağında və hətta yataq otağında da sizi izləyə bilərlər. Sizin şəxsi görüntüləriniz hakerin əlinə keçdikdən sonra onlar şantaja başlayırlar. Belə ki, əvvəlcə kompüterdən qəribə səslər gəlməyə başlayır. Gecə saatlarında kompüterdə sizin üçün mahnılar səsləndirir və yaxud varlığını bildirmək üçün müxtəlif üsullara əl atır. Bu o deməkdir ki, siz artıq tələdəsiniz. O sizinlə əlaqə saxlamağa çalışır və şantaj mərhələsi başlayır. Bu, kibercinayətkarlığın bir növüdür. Ona görə də telefonunuzun və ya kompüterinizin kamerasının söndüyündən əmin olun. Hər hansı bənzər hadisə ilə rastlaşarsınızsa texniki servislərə müraciət edin.
Təqdim etdiyimiz "Webcam" qısa filmi də məhz bu mövzuda çəkilib.
Nigar
AzNews.az