İntiharın səbəbi hələ ki, məlum deyil... İntiharın səbəbi hələ ki, məlum deyil...

Qadın özünü asdı - "Gənclər" şəhərciyində intihar

İntiharın səbəbi hələ ki, məlum deyil...

Xırdalanın "Gənclər" şəhərciyində intihar faktı qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından AzNews.az-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki boş mənzillərdən birinin eyvanında asılmış qadın meyiti aşkar edilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Araşdırmalar zamanı özünü asan qadının elə həmin binanın sakini Kəmalə Məmmədova olması müəyyən edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Azər
AzNews.az