Abşeronda anbardan pivə çəlləyi oğurlayan şəxslər saxlanılıblar. Abşeronda anbardan pivə çəlləyi oğurlayan şəxslər saxlanılıblar.

Anbardan 750 ədəd pivə çəlləyi oğurladılar

Abşeronda anbardan pivə çəlləyi oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olan müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© AzNews.az