Gəncədə avtoxuliqanlar saxlanıldı - FOTOLAR

Bu şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunub

Gəncədə avtoxuliqanlar saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib. Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri 21 yaşlı Orxan Kərimi, 23 yaşlı Elgün Hüseynəliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Hyundai” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədən bu şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.(report.az)

AzNews.az

image description image description image description image description image description