Yaşara 3 günlük məcburi həbs cəzası verilib Yaşara 3 günlük məcburi həbs cəzası verilib

Serenin əri üç günlük həbs ediləcək

Yaşara 3 günlük məcburi həbs cəzası verilib

Boşanma məhkəmələri davam edən aparıcı Seren Serengillə həyat yoldaşı Yaşar İpəyin daha bir məhkəməsi keçirilib.

“Hürriyet” xəbər verir ki, Serenə psixoloji və fiziki şiddət göstərdiyi iddiasıyla haqqında çıxarılan 1 aylıq uzaqlaşdırma qərarını pozan Yaşara 3 günlük məcburi həbs cəzası verilib. İstanbul Ailə Məhkəməsinin qərarını Serengilin vəkili Esennur Ezgi yazılı şəkildə media ilə paylaşıb.

Qeyd edək ki, Yaşar İpək eyni zamanda Seren hamilə ikən onu əsəbiləşdirərək təzyiqinin qalxmasında və körpəsini itirməsində günahkar bilinir.(qafqazinfo.az)

AzNews.az