Mitinq üçün Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun ərazisi tövsiyə edilib Mitinq üçün Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun ərazisi tövsiyə edilib

BŞİH Müsavatın təyin etdiyi mitinqə razılıq verdi - Rəsmi

Mitinq üçün Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun ərazisi tövsiyə edilib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

AzNews.az xəbər verir ki, BŞİH qurumun müraciətinə baxıb və nəzərdə tutulan mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Məsələ ilə bağlı mitinqin təşkilatçıları məlumatlandırılıb.

Bahar

AzNews.az

image description