Uzun illərdən sonra müxalifətin dövlət tədbirinə dəvət olunması müsbət hal kimi dəyərləndirilir Uzun illərdən sonra müxalifətin dövlət tədbirinə dəvət olunması müsbət hal kimi dəyərləndirilir

Ölkə müxalifəti dövlət protokolunda

Uzun illərdən sonra müxalifətin dövlət tədbirinə dəvət olunması müsbət hal kimi dəyərləndirilir

İyunun 15-də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam oldu. Bu münasibətlə15 iyunda Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Ölkə müxalifəti də Şuşadakı bəyannamənin bir illiyi ilə bağlı tədbirə dəvət alıb. Nəhayət, uzun illərdən sonra müxalifətin dövlət tədbirinə dəvət olunması müsbət hal kimi dəyərləndirilir.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Şuşa Bəyannaməsi özündə təhsil, səhiyyə, mədəniyyət, müdafiə sənayesi, hərbi müttəffiqlik daxil olmaqla, bir çox sahələri ehtiva edir: “Bu bəyannamə əsasında gələcəkdə sənədlər qəbul ediləcək. Bəyannamənin imzalanması həmçinin Qars müqaviləsinin 100 illiyinə təsadüf etdi. Tarixi əhəmiyyətə malik sənəddir. Biz bunu zamanında da yüksək dəyərləndirmişdik. Ötən bir il göstərdi ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini strateji müttəffiqlik səviyyəsinə qaldırdığı kimi, gələcəkdə münasibətlərin daha da inkişaf etməsinə imkan verəcək. Bütövlükdə regionda sülhə və sabitliyə töhfə verəcək sənəddir və türk dövlətlərinin birgə fəaliyyətinə zəmin yaradacaq”.

Arzuxan Əlizadə:

Arzuxan Əlizadə

Konfrans barədə təəssüratlarını bölüşən partiya sədri qeyd etdi ki, Şuşa azad edildikdən sonra orada beynəlxalq tədbirlərin keçirilməsi təqdirəlayiqdir: “Təşkilatçıların ölkədə qeydiyyatdan keçmiş digər siyasi partiyaları beynəlxalq konfransa dəvət etməsi müsbət haldır. Çox istərdik ki, gələcəkdə bu tendensiya davam etsin. Eyni zamanda müxalifət partiyalarının təşkil etdiyi tədbirlərdə hakim partiya nümayəndələrinin iştirak etməsi yaxşı olardı. Bu əməkdaşlıq müharibə dönəmində olduğu kimi, gələcəkdə də ölkədə barış mühitinin formalaşmasına, qarşılıqlı əməkdaşlıq formatının daha da genişlənməsinə və inkişaf etməsinə töhfəsini verəcək”.

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı

AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Şuşada iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının bir ili münasibətilə təşkil edilən konfransda Azərbaycan və Türkiyənin nüfuzlu siyasətçiləri iştirak edib: “Məqsəd Azərbaycan və Türkiyə müttəfiqliyinin daimiliyi, möhkəmliyi və etibarlılığını bir daha daxili auditoriyaya və beynəlxalq aləmə nümayiş etdirmək idi. Qarabağın azad edilməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin uğur nümunələrindən ilkidir. Türkiyə-Azərbaycan münasibətləri iqtidar-müxalifət deyil, ümummilli, dövlətçilik məsələsidir. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən bir çox partiyalar konfransda təmsil olundu. Ünsiyyətin, çıxışların siyasi proseslərə təsiretmə, yaxud yönvermə aspektindən əhəmiyyəti var. Təkliflərimiz də, iradlarımız da var idi, lakin düşünürəm ki, zamanla həllini tapacaq. Ümumilikdə, faydalı konfrans idi”.