- Rusiya və İran
- 10 Fevral 2023 18:34
- 5 595
Rusiyada məscidlərdə zəlzələdə ölən və yaralananlar üçün dualar edilib

Rusiyadakı məscidlərdə Kahramanmaraşda baş verən zəlzələlərdə ölən və yaralananlar üçün Quran oxunub, dualar edilib.
Rusiya Federasiyasının bütün digər məscidlərində cümə namazından sonra dualar edilib, bəzi məscidlərdə qiyabi cənazə namazı qılınıb, xətmlər endirilib.
Yerli müsəlman dini idarələri tərəfindən ölkənin bir çox məscidlərində zəlzələdən zərər çəkənlərə yardım toplanıb.