MAQATE-nin hesabatı narahatlıqla doludur MAQATE-nin hesabatı narahatlıqla doludur

20 ildə dünyada AES-lərin sayı artacaq -SOS

MAQATE-nin hesabatı narahatlıqla doludur



Yaxın 20 ildə yeni dünyada atom elektrik stansiyaları və reaktorların sayı artacaq. Bu barədə məlumat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) hesabatında yer alıb.

BMT Baş Assambleyasında müzakirə ediləh hesabatın müəllifi, MAQATE-nin rəhbəri Y.Amano bildirib ki, artıq Birləşmiş Ərəb Əmirliklərində AES tikintisi başlayıb. Bu son 27 ildə dünyada tikilən ilk yeni AES olacaq.

Bundan başqa Banqladeş, Vyetnam, Belorus və Polşa da AES tikintisini nəzərdə tutur. MAQATE rəhəri hesabatında İrana da yer ayıraraq bu ölkənin nüvə çalışmalarının detalları barədə məlumat verməkdən indiyə qədər imtina etdiyini vurğulayıb.

Amanonun sözlərinə görə, beynəlxalq aləmin İranın nüvə proqramı ətrafındakı müzakirələri və bu ölkəni nüvə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığa cəlb etmək cəhdləri nəticə verməyib.

Alpər Oğuz
AzNews.az