Azərbaycan səfiri İsrailin nəqliyyat naziri ilə Orta Dəhlizi müzakirə edib - FOTO

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bu ölkənin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Regevlə görüşüb.

Aznews.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin "X" ("Twitter") hesabında paylaşılıb.

"Biz İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Regev ilə nəqliyyat və logistika sahəsində ikitərəfli əlaqələrin gündəliyi, Orta Dəhlizinin potensialı və ölkələrimiz arasında nəqliyyat əlaqələrinin artırılması zərurəti barədə çox məhsuldar görüşümüz oldu", paylaşımda deyilir.

image description