Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb.

AzNews.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Hindistan HHQ-nin "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir", - qurumun nümayəndəsi bildirib.

Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qurbanlar barədə məlumat yoxdur.