- Üçüncü sektor
- 13:20
- 1 100
“Gənclik Fəaliyyətdə” layihəsi icra olunur
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclik Fəaliyyətdə” layihəsini icra edir. Layihə, Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında Qanunu”, “Azərbaycan Gəncliyi 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Könüllü fəaliyyət haqqında” Qanunu ilə müəyyən edilmiş prioritetlərə uyğun olaraq gənclərin ictimai həyata inteqrasiyasını və onların dövlət-cəmiyyət münasibətlərində fəal subyektə çevrilməsini dəstəkləyir.
Layihənin əsas məqsədi region gəncləri arasında ictimai iştirakçılığa, könüllülüyə və QHT sektoruna marağın artırılması, onların dövlət-cəmiyyət münasibətlərində fəal iştirakının təşviq edilməsidir. Layihə çərçivəsində Şəki, Qəbələ və İsmayıllı rayonlarında “Gənclərin ictimai iştirakçılığı, könüllülük və ictimai fəaliyyət imkanları” mövzusunda təlimlər təşkil olunmuşdur. Təlimlərə hər rayondan 30 nəfər olmaqla, ümumilikdə 90 gənc cəlb olunmuşdur.
Layihənin icrasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal-Qərb Regional Mərkəzi, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq edilir.