DTX rəisi: Oktyabrın 1-nə olan məlumata görə, 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

"Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir".

Aznews.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri axtarışlar üçün yeni imkanlar yaradıb: “Ümumilikdə 11576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. 1 oktyabra qədər 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir".