Əli Nağıyev: Ermənistan itkinlərlə bağlı şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

“Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq".

Aznews.az xəbər verir ki, bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, Ermənistan itkinlərlə bağlı bütün məlumatları təqdim etməli, arxivlərin açılması, şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.