- Hadisə
- 10:49
- 675
Binədə 24 yaşlı qadın qətlə yetirilib, əri tutulub
Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb.
Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.
F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.
M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.