- Köhnə - Siyasət
- 21 Noyabr 2012 05:55
- 2 409
Sinqapurda Azərbaycan prezidentinin rəsmi qarşılanması olub

Sarayın qarşısında prezident İ. Əliyevin şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin rəisi raport verib. Azərbaycan və Sinqapurun dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İ. Əliyev "İstana" sarayının fəxri qonaqlar kitabını imzalayıb.
Azərbaycan nümayəndə heyəti Sinqapur prezidentinə, Sinqapurun dövlət və hökuməti üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.
AzNews.az