DİN təkzib edir

Bu gün saytımızda Daxili İşlər Nazirliyində fövqəladə toplantı keçirilməsilə bağlı məlumat yaymışdıq. Bu məlumatla əlaqədar DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov redaksiyamıza məktub ünvanlayaraq, bir sıra məsələlərə aydınlıq gətirib. Rəis müavini bildirib ki, nəinki bu gün, ümumiyyətlə son illərdə DİN-də heç bir fövqəladə toplantı
keçirilməyib: "Çünki belə bir toplantının keçirilməsini tələb
edən, zəruri edən səbəb olmayıb və yoxdur". Onun sözlərinə görə, nazirlikdə bu gün baş tutan toplantı adi müşavirələrdən biridir: "Bəli, xidməti fəaliyyətin müxtəlif istiqamətləri ilə bağlı naziryanı əməliyyat müşavirələri keçirilir".

Ehsan Zahidov Rasim Musayevin yeni təyinatı məsələsinə də münasibət bildirib. Yazıb ki, indiki ana qədər polis general-mayoru Rasim Musayevin hər hansı vəzifəyə təyin olunması ilə əlaqədar daxili işlər nazirinin əmri yoxdur: "O hələ ki, DİN-in
sərəncamındadır".

AzNews.az