Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq, eləcə də çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimiz bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah diləyirəm".

Dövlətimizin başçısı Koreya Respublikasının Prezidenti Mun Ce-ini də təbrik edib.

Məktubda qeyd olunur: "Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

AzNews.az