Starovoytovanın öldürülməsini deputat sifariş verib

AzNews.az RİA Novostiyə istinadən xəbər verir ki, Qalina Starovoytovanın ölümündə iştirakçı kimi günahkar bilinən Dövlət Dumasının keçmiş deputatı Mixail Qluşenko gələn həftə həbsxana xəstəxanasından koloniyaya göndəriləcək.
Qluşenko hazırda 10 milyon dollar həcmində pul və əmlakı qəsb etməyə görə aldığı cəzanın 8 - ci ilini çəkir. Bu ilin noyabr ayında Sankt - Peterburqdakı həbsxana xəstəxanasında isə ona Qalina Starovoytovanın sifarişlə öldürülməsinin təşkilatçısı kimi ittiham təqdim olunub.
Qluşenkonun vəkili deyib ki, biz onun hara göndəriləcəyini bilmirik, amma onu bilirik ki, bu yaxın vaxtlarda olacaq.
Xatırladaq ki, millətimizə nifrəti, ermənilərə isə xüsusi rəğbəti ilə seçilən Qalina Starovoytovanın öldürülməsi ilə bağlə cinayət işi 1988 - ci ildə qaldırılıb. 2005 - ci ildə Peterburq şəhər məhkəməsi bu işin içtirakçısı kimi 7 nəfəri həbs etmişdi. Onlardan 3 nəfəri 11 ildən 23.5 ilədək azadlıqdan məhrum edilib. Bundan sonra istintaq dayandırılıb. 2012 - ci ilin payızında Peterburq vilayəti üzrə FTX birdən - birə Starovoytovanın ölümü ilə baglı yeni detalların üzə çıxdığına görə cinayət işinin davam etdirilməsi haqda məlumat yayıb.
Hələ 2004 - cü ildə məhkəmə prosesində şahidlərdən biri bu ölümü sifariş verənlərdən birinin Qluşenko olduğunu demişdi.
Hadsisə zamanı Starovoytova ilə bir yerdə olan onun sabiq köməkçisi Ruslana Linkova da bildirib ki, istintaqda kifayət qədər bu adamın Stravoytovanın öldürülməsində təşkilatçı olduğu və onun başçılıq etdiyi təşkilat barədə dəlil və sübut var.

Əli
AzNews.az

image description