- Köhnə - Siyasət
- 14 Sentyabr 2012 08:53
- 3 087
Suriya erməniləri silah götürüb
Xristianların ancaq öz kvartallarını qoruduqlarını bildirən qəzet 150-dən çox xristianın silah götürdüyünü bildirib. Kilsə xadimi Ovanes qəzetə müsahibəsində deyib ki, heç də bütün azlıqların nümayəndləri və varlılar Əsədin tərəfdarı deyil. Bununla belə onlar şəhərə daxil olmaq istəyən miqrantlardan özlərini qorumağın vacibliyini başa düşürlər: "Mən hökümətin tərəfdarı deyiləm, amma silahlılar quldurdur".
Rəsmi Dəməşq ermənilərə müraciət edərək onları yaşadıqları evləri tərk etməyə çağırıb və bunu silahlılara zərbə vurmağa hazırlıq getməsi ilə əlaqələndirib.
E.Əlosmanqızı
AzNews.az