“Müsavat Partiyası başqanlığına namizədlərdən kimi dəstəkləyəcəyimə qurultayın gedişində qərar verəcəm. Seçimimi son dəqiqəyə saxlayıram”. Müsavat Məclisinin sədri Arzu Səmədbəyli “Media forum” saytına açıqlamasında belə deyib. “Müsavat Partiyası başqanlığına namizədlərdən kimi dəstəkləyəcəyimə qurultayın gedişində qərar verəcəm. Seçimimi son dəqiqəyə saxlayıram”. Müsavat Məclisinin sədri Arzu Səmədbəyli “Media forum” saytına açıqlamasında belə deyib.

“Seçimimi son dəqiqəyə saxlayıram”

“Müsavat Partiyası başqanlığına namizədlərdən kimi dəstəkləyəcəyimə qurultayın gedişində qərar verəcəm. Seçimimi son dəqiqəyə saxlayıram”. Müsavat Məclisinin sədri Arzu Səmədbəyli “Media forum” saytına açıqlamasında belə deyib.


O qeyd edib ki, hazırda başqanlığa namizədlərdən heç kimi dəstəkləmir: "Namizədlərin hər birinə uğurlar arzulayıram. Başqanlığa namizədlərin irəli sürülməsi prosesi yeni başlayıb, qurultaya da xeyli vaxt var. Namizədlər təbliğat aparacaqlar, qurultayda çıxış edəcəklər, onları dinlədikdən, platformaları ilə tanış olandan sonra seçimimi konkretləşdirəcəm və hansı namizədi dəstəkləyəcəyimə qərar verəcəm".

Arzu Səmədbəyli hesab edir ki, Müsavat Partiyası qurultaydan güclənmiş formada çıxacaq: "Hakimiyyət Müsavata qurultayı keçirmək üçün normal şəraiti olan yer ayırmır. Amma hansı şəraitdə qurultay keçirməsindən asılı olmayaraq Müsavat qurultaydan güclənmiş formada çıxacaq".

Müsavat Partiyası 8-ci qurultayını sentyabrın 27-də keçirməyi planlaşdırır. Qurultayda partiyaya yeni başqanın seçiləcəyi gözlənir.

AzNews.az