Süleyman Dəmirəl media qarşısına çıxdı

«O, mənim müzakirə mövzum deyil. O, bir dövlət məmurudur»

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl haqqında yayılanlara aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib.

Eks prezidenti bildirib ki, onun xəstə olması ilə bağlı mətbuatda yayılanlar tamamilə yalnışdır: "Antaliyadan istirahətdən yenicə qayıtmışam. Yaxşı istirahət etdim. Xəstəxayana gəlməyimin səbəbi isə özümü müayinə etdirmək istəyimlə bağlıdır".

Mətbuat konfransında jurnalistlərin Məhəmməd Eymürlə bağlı verdiyi sualı cavablandırmayan Dəmirəl "o, mənim müzakirə mövzum deyil. O, bir dövlət məmurudur" - deyib.

Ədil
AzNews.az