“Bizə güc nümayiş etdirmək yox, partiyanı gücləndirmək lazımdır”. “Bizə güc nümayiş etdirmək yox, partiyanı gücləndirmək lazımdır”.

“Hədəfimiz növbədənkənar qurultaydır” - Qubad İbadoğlu

“Bizə güc nümayiş etdirmək yox, partiyanı gücləndirmək lazımdır”.



Bunu AzNews.az -a açıqlamasında Müsavat partiyanın üzvü Qubad İbadoğlu deyib.

Onun fikrincə, bu məqsədə nizamnamə çərçivəsində nail olmağın yeganə yolu növbədənkənar qurultayı çağırmaqdır:
"Mən təəssüf edirəm ki, partiyanın maraqları çərçivəsində səsləndirdiyim fikirlərdən də şəxsi və qrup maraqları üçün istifadə olunur. Bu, elə həmin adamların Müsavat partiyasına nə qədər bağlı olduğunu göstərir".

Q.İbadoğlu onu da bildirib ki, növbədənkənar qurultay hədəfimiz olaraq qalır: "Amma onun üçün kənar təsirlərdən və müdaxilələrdən yox, partiya içindəki resurslardan istifadə olunacaq. Bizim bunu etməyə resursumuz və gücümüz getdikcə artır".

Bahar RÜSTƏMLİ
AzNews.az