Azərbaycan parlamentinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” təsdiq olunub. Azərbaycan parlamentinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” təsdiq olunub.

Azərbaycanla İran arasında imzalanan Bəyannamə təsdiq olundu

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” təsdiq olunub.



AzNews.az APA-ya istinadən xəbər verir ki, layihə barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Müzakirələr zamanı deputat Sabir Rüstəmxanlı bəyannamənin təsdiqindən sonra İrandakı bəzi qüvvələrin Azərbaycana qarşı basqısının daha da artacağını deyərək, buna etiraz edib. S.Seyidov isə bildirib ki, bəyannamədə hər iki dövlətin suverenliyinin toxunulmazlığı, iki ölkə arasındakı münasibətlərin qorunması əsas amil kimi götürülüb. O qeyd edib ki, sənəddə tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq edirlər.