- Köhnə - Siyasət
- 29 Aprel 2015 12:56
- 3 111
“O təşkilatları erməni lobbisi maliyyələşdirir” - Siyavuş Novruzov
“İstər “Freedom House”, istərsə də digər təşkilatlar həmişə anti-azərbaycan mövqeyində olublar və bütün bəyanatlarında, bütün rəylərində əsaslanmamış faktlar əsasında erməni lobbisinin, ermənipərəst qüvvələrin mövqeyindən çıxış edərək belə rəylər, fikirlər formalaşdırıblar”.
Bu barədə AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Con Kerinin anti-azərbaycan kampaniyasına rəhbərlik etməsilə bağlı yayılan sənədləri şərh edərkən bildirib.Onun sözlərinə görə, məlumatda adları çəkilən təşkilatlar ölkəmizə qarşı daima belə kampaniyalar aparıblar və onların Avropa Oyunları ərəfəsində belə kampaniyalara başlayacaqları gözlənilən idi: "Sözügedən təşkilatların əksəriyyətinin maliyyə dəstəyi erməni lobbisi tərəfindən təmin edilir. Azərbaycan bu gün dünyada və Avropada kifayət qədər möhkəm mövqeyə malikdir, Avropanın enerji təhlükəsizliyində iştirak edir, Avropa İttifaqı ilə böyük layihələr həyata keçirir. Onlar da düşünürlər ki, bu məsələlər bəzi dövlətlərlə razılaşdırılmalıdır. Biz özümüzə "böyük qardaş" axtarmalıyıq və bunların hamısını onun vasitəsilə həyata keçirməliyik. Amma Azərbaycanın xarici siyasəti hər bir dövlətlə, hər bir təşkilatla bərabər şəkildə münasibət saxlamaqdan ibarətdir".