Keçmiş millət vəkili prezidentə müraciət etdi Keçmiş millət vəkili prezidentə müraciət etdi

Gülər Əhmədova: “Mənim ağzımı açdırmayın“

Keçmiş millət vəkili prezidentə müraciət etdi



Keçmiş millət vəkili Gülər Əhmədova prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Mən 2 gün bundan öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqın gedişatına kömək etmək məqsədi ilə öz deputat mandatımdan imtina etdim və istintaqda ifadəmi verdim. Bundan sonra KİV və ictimaiyyətə hec bir açıqlama verməmək barədə vəd verdim.

Lakin daha sonrakı muşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şər ve iftira yağdırmağa başladılar. Hər gün bu təhqirlər mənə ünvanlanmağa başladı. Bununla həmin insanlar istintaqın gedişinə mane olur, onu yanlış yönə çevirməyə çalışrılar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirlər yağdıran insanlar çox peşman olacaqlar.

Sonda cənab prezidentə müraciət edirəm ki, sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş sədri olduğunuz partiyanın üzvləri barəmdə təhqir dolu açıqlamalar səsləndirir, məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm, bir qadın və ana olaraq məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı sizdən rica ederəm.

AzNews.az