Süleyman Dəmirəlin keçmiş müşaviri öldü - VİDEO

Türkiyənin “Cumhuriyet” qəzetinin 87 yaşlı sahibi, bir vaxtlar 9-cu prezident Süleyman Dəmirəlin müşaviri vəzifəsində çalışan Cüneyd Arcayürek həyatını itirib.


AzNews.az xəbər verir ki, Ankara şəhərində bir xəstəxanada böyrək çatışmazlığına görə müalicə alan veteran jurnalist Cüneyd Arcayürek bu gün həyata gözlərini yumub.

Arcayürek cümə günü Gölbaşıda torpağa veriləcək. Vəsiyyətinə görə vida mərasimi keçirilməyəcək.

May ayının 13-dən bəri xəstəxanada yatan Arcayürekin ölüm səbəbinin çoxlu orqan çatışmazlığı olduğu bildirilib.

1928-ci il təvəllüdlü "Cumhuriyet" qəzetinin yazarı Arcayürek son yazısını ötən ay yazmışdı.

CÜNEYD ARCAYÜREK KİMDİR?

Ankarada doğulan jurnalist, yazıçı Cüneyd Arcayürek jurnalist fəaliyyətinə 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının orqanı olan "Xalq" qəzetində başlayıb.

Öz növbəsində o, Ankaranın "Axşam xəbərləri", "Qüdrət", "Vətən", "Xalq", "Əks-səda", "Hürriyyət", "Tərcüman", "Milliyyət", "Günəş" qəzetlərində və "Anka" xəbər agentliyində çalışıb.
Sülh danışıqlarından sonra Kiprə ilk gedən jurnalist olub.

Arcayürek Süleyman Dəmirəlin prezidentliyi dövründə müşavirlik vəzifəsində də çalışıb.