ABŞ Azərbaycana investisiyaların həcmini artırmaq niyyətindədir. ABŞ Azərbaycana investisiyaların həcmini artırmaq niyyətindədir.

ABŞ Azərbaycana investisiyaları artıracaq

ABŞ Azərbaycana investisiyaların həcmini artırmaq niyyətindədir.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli cümə günü Bakıda keçən Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) 20-illiyinə və ABŞ-ın ticarət missiyasının səfərinə həsr edilmiş tədbir zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqillik bəyannaması günündən ölkəyə ən böyük investorlardan biri ABŞ-dır.

"Əgər əvvəl biz yalnız neftqaz sektoruna sərmayə qoyurduqsa, ancaq indi biz qeyri-neft sahəsinə diqqət yetirməyi planlaşdırırıq: logistika, əczaçılıq, informasiya texnologiyaları və s.", - Lalli bildirib.

Bu günə qədər ABŞ Azərbaycanın iqtisadiyyatına 10 milliard dollar həmində sərmayə qoyub. Hal-hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir.

Bu ilin 9 ayı ərzində ölkələrin arasında əmtəə dövriyyəsi beş faiz artıb.