“Yırtıcı şahin-3” təlimi başlayır

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Qətərdə "Yırtıcı şahin-3" təlimində iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qətərin paytaxtı Dohada noyabrın 4-də "Yırtıcı şahin-3" 2012 təlimi başlayacaq.

Təlim noyabrın 22-nə kimi davam edəcək. Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən isə, Müdafiə Nazirliyinin nümayəndələri noyabrın 2-7-də Sofiyada keçiriləcək Qara Dəniz Rotasiya qüvvələrinin 2013-cü il üzrə təliminin əsas planlaşdırma konfransında iştirak edəcəklər.

AzNews.az