“Rusiyadakı diasporamızdan gözlənilməz addım atılmayıb. Tam da gözlədiyimiz addımdır. Adamlar diaspora teşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar, indi də öz iqtisadi ve siyasi təhlükəsizliyini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gedirlər”. “Rusiyadakı diasporamızdan gözlənilməz addım atılmayıb. Tam da gözlədiyimiz addımdır. Adamlar diaspora teşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar, indi də öz iqtisadi ve siyasi təhlükəsizliyini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gedirlər”.

Rusiyadakı disaporamızla bağlı şok ittiham – Erməniləri dəstəklədilər

“Rusiyadakı diasporamızdan gözlənilməz addım atılmayıb. Tam da gözlədiyimiz addımdır. Adamlar diaspora teşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar, indi də öz iqtisadi ve siyasi təhlükəsizliyini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gedirlər”.


AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Azərbaycanı Rusiyada təmsil edən diaspora nümayəndələri ilə bağlı yayılan şok ittihamlara münasibət bildirərkən deyib. O, Rusiyada gerçək Azərbaycan diasporasının yaradılmamasında məmurların günahkar olduğunu bildirib: "Rusiyada gerçək Azerbaycan diasporasının yaradılmamasının əsas günahkarlarından biri də məhz bizim bu işə səlahiyyətli olan məmurlarımızdır. Oradakı sahibkarlara, az-çox pulu olan azərbaycanlılara pul dağarcığı kimi baxanda təmiz niyyətli kimsə özünü Vətən naminə riskə qoyub Rusiya kimi ölkədə diaspora yükünün altına soxmaz. Bu insanlara vaxtında sahib çıxılmalı, Rusiyanın siyasi ve iqtisadi elitasında irəliləmesinə planlı dəstək vermək lazım idi ki, Rusiya hakimiyyəti Söyün Sadıqov, İlqar Hacıyev kimilərdən Azərbaycan maraqlarına zidd istifade etmesin. Baxarsınız, bir gün həmin adamlar Narışkine rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət edəcəklər. Keçmiş MTN-çi Akif Çovdarov Rusiyadan evinə baş çəkməyə gələn iş adamlarına bu dövlət qurumunda işgəncə verəndə və pullarını soyanda maraqlı bir ritorik suallar verirmiş: "Sen kimsən ki, öz kendinin yollarını asfaltlatmısan?" Yaxud da: "Sizin ana bacınızı biz qoruyuruq, niyə vaxtında gətirib bizim pulumuzu vermirsiniz?" İndi təsəvvür edin ki, başqa bir sual da verə bilərdi: "Sən kimsən ki, diaspora işinə burnunu soxursan?" Bu ritorik sualları təəssüf ki, təkcə Akif Çovdarov vermirdi, vəzifə səlahiyyeti çatanların ekseriyyeti verirdi. Bütün bunlardan sonra öz ölkesinə gəlməyə peşiman olan adam hansı duyğularla öz ölkəsi üçün yad diyarda fədakarlıq ede bilərdi?

İndi Rusiyada "erməni soyqırımı" ideyasını dəstəkləyən Azərbaycan diasporasının mövcudluğunun səbəbini az-çox anlamış olduq.

Əslində, mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir, bu da olsun onlardan biri. Tək azərbaycanlılar deyil ki, çeçen kimi xarakterli millətin üzdəniraq təmsilçilərinə də türkləri, müsəlmanları, hətta öz çeçen qardaşlarını söydürə bilirlər.

Əsas odur ki, heç olmazsa bu hadisəden nəticə çıxarıb Rusiyada Azərbaycan dövləti və hakimiyyət orqanları ilə əlaqəli çalışan gerçək diaspora təşkilatını formalaşdırmağı bir daha düşünüb-gerçəkləşdirək".

Məlumat üçün bildirək ki, dünən Azərbaycanı Rusiyada təmsil edən diaspora nümayəndələri ilə bağlı şok ittihamlar yayılıb. Haqqın.az saytının məlumatına görə, diaspora təmsilçilərimiz "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı layihəyə dəstək veriblər. Məlumata görə, "Azərros"un keçmiş rəhbəri Söyün Sadıqov və Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev şəxsən regionlardakı diaspora rəhbərlərinə zəng edərək onları layihənin əleyhinə Sergey Narışkinə etiraz müraciəti göndərməkdən imtina etməyə çağırıblar.