“Azərbaycan 2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir”. “Azərbaycan 2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir”.

“Azərbaycan 100 milyon manat əldə etməyi gözləyir” - Maliyyə naziri

“Azərbaycan 2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir”.


AzNews.az-ın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, həmin vəsait büdcə kəsirinin qarşılanmasına ayrılacaq.

"Dürüstləşdirilmiş büdcədə Vergilər Nazirliyinin xətti ilə daxilolmalarda əvvəl qeyd olunan gəlirin 200 mln. manat azalması, Dövlət Gömrük Komitəsinin gəlirlərinin isə 220 mln. manatdan çox artmasını proqnozlaşdırırıq. Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir".

Nazir bildirib ki, dövlət əmlakının özəlləşdirilməsindən daha böyük həcmdə vəsaitin cəlb edilməsi imkanı istisna deyil.