Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub. Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub.
  • Toplum
  • 9 Yanvar 2019 16:49
  •  1 876

Yasamal RİH-dən aşıqlama - Yasamaldakı qaz partlayışı ilə bağlı

Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub.

Xəbər verildiyi kimi, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Yasamal Rayon İcra Hakimiyyətindən əldə edilən məlumata görə həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub.

Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub.

Məsələnin araşdırılması davam edir.

Xatırladaq ki, Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızı dünyasını dəyişib.

Partlayış dalğasının təsirindən evin çöl divarının bir hissəsi həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.

AzNews.az