- Toplum
- 8 Avqust 2020 11:45
- 3 051
Kafe-restoranlar avqustun 17-dən açıla bilər

Kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsi müzakirə olunur
Kafe-restoranlar avqustun 17-dən açıla bilər.
AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 17-si ərəfəsində kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsi müzakirə olunur:
"Ondan bir həftə sonra isə rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Hələlik bu barədə qərar yoxdur".