Təhsil naziri Emin Əmrullayev bunu “Facebook”da canlı yayımda bildirib Təhsil naziri Emin Əmrullayev bunu “Facebook”da canlı yayımda bildirib
  • Toplum
  • 8 May 2021 15:13
  •  4 230

Nazir: "Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarıdır"

Təhsil naziri Emin Əmrullayev bunu “Facebook”da canlı yayımda bildirib

“Bəzi insanlar üçün ənənəvi tədrisə qayıdış düzgün, bəziləri üçün isə yanlış qiymətləndirilir”.

Aznews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda bildirib.

O deyib ki, Bakı, Sumqayıt, Abşeron, Şəki və Gəncə şəhərlərində yoluxma sayına görə tədris distant formaya keçirilmişdi, qalan bölgələrdə isə ənənəvi tədris davam edirdi: “Təhsil Nazirliyi mümkün olduğu təqdirdə əyani tədrisə qayıtmağın tərəfdarıdır”.